Bakıda avtomobil piyadanı vurub, piyada hadisə yerində ölüb (VİDEO)

Cəmiyyət Xəbər 13 Noyabr 2026 21:17 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Belə ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı minik avtomobillərindən biri vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edir:

Bu hadisə keçidlərdən istifadə etməməyin nə qədər təhlükəli və faciəvi olduğunu bir daha göstərdi. Tələsik qərar verərək yolun hərəkət hissəsindən keçməyin. Məqsədiniz yolun bir tərəfindən digər tərəfinə daha tez çatmaq istəyi olacaqsa, dayanın! Hərəkət hissəsindən yox, keçidlərdən istifadə edin!

Xəbər lenti

Xəbər lenti