Bakı. Trend:
Bakının Türkan qəsəbəsində avtomobilin vurduğu piyada ölüb.
Trend-in məlumatına görə, hadisə noyabrın 12-də saat 22:30 radələrində baş verib. Əsmər Məmmədova idarə etdiyi “Kia Morning” markalı avtomobillə yolu keçən piyada Məlahət Kamal qızı Əlibəyovanı vurub.
Piyada aldığı xəsarətlərdən təcili tibbi yardım avtomobilində vəfat edib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
