Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Xəbər 13 Noyabr 2026 09:37 (UTC +04:00)
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Ağsu rayonunun Ərəbuşağı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, Zaman Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 69 yaşlı Mirzağa Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti