Azərbaycan və Tacikistan hərbçiləri PUA sahəsində təcrübə mübadiləsi aparıblar

Cəmiyyət Xəbər 12 Noyabr 2026 16:42 (UTC +04:00)
Azərbaycan və Tacikistan hərbçiləri PUA sahəsində təcrübə mübadiləsi aparıblar
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Tacikistan hərbçiləri arasında PUA bölmələrinin, ordu dronlarının və dron operatorlarının hazırlığı sahəsində təcrübə mübadiləsinə dair görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş iki ölkənin Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunub.

Qonaqlara Azərbaycan Ordusunun PUA sahəsində mövcud imkanları və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib. Vətən müharibəsi və sonrakı dövrlərdə keçirilən əməliyyatlar zamanı bu sahədə əldə olunan uğurlardan danışılıb.

Tərəflər müvafiq sahənin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti