Kim Çen In hakimiyyəti qızına ötürməyə hazırlaşır - KİV

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 18:12 (UTC +04:00)
Kim Çen In hakimiyyəti qızına ötürməyə hazırlaşır - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Şimali Koreya lideri Kim Çen In hakimiyyəti varislik yolu ilə qızı Kim Çju E-yə ötürməyə hazırlaşır.

Bu barədə "Associated Press" (AP) agentliyi yazır.

Hazırda 13 yaşı olan qız atası ilə mütəmadi olaraq hərbi paradlar, ballistik raket sınaqları və rəsmi qəbullar kimi mühüm dövlət tədbirlərində iştirak edir.

Agentliyin məlumatına görə, dövlət təbliğatında Kim Çju E Şimali Koreya liderinin “ən sevimli və hörmətli” övladı kimi təqdim olunur. AP-nin Şimali Koreyanı tərk etmiş şəxslər arasında keçirdiyi sorğuda iştirakçıların əksəriyyəti Cənubi Koreya kəşfiyyatının Kim Çju Eni Kim Çen Inın ehtimal olunan varisi hesab etməsi ilə razılaşıb.

Şimali Koreyanın Londondakı keçmiş səfirlik əməkdaşı Txe Yon Xo AP-yə açıqlamasında dövlət rəsmilərinin və partiya nomenklaturasının qıza münasibətdə xüsusi protokola riayət etdiyini bildirib. Onun sözlərinə görə, belə münasibət adi halda ölkə rəhbərinin övladına deyil, gələcək liderə göstərilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti