Bakı. Trend:
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan, eləcə də təşkilatda rəsmi vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilib.
TASS-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ermənistanın artıq bir neçə ildir öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar təşkilatın nizamnaməsini rəhbər tutaraq, səsvermə hüququndan, həmçinin KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu barədə qərar qəbul edilib”, - Kreml nümayəndəsi bildirib.
Peskovun sözlərinə görə, müvafiq qərar təşkilatın sammitinin iştirakçıları tərəfindən qəbul edilib.
