18 yaşlı vinger "Bavariya"nın hədəfindədir

İdman Xəbər 10 Noyabr 2026 17:21 (UTC +04:00)
18 yaşlı vinger "Bavariya"nın hədəfindədir

Bakı. Trend:

"Bavariya" növbəti mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bundesliqa təmsilçisi "Portu"da çıxış edən Oskar Petuşevskini transfer etmək istəyir.

"Bavariya" polşalı vingeri Luis Diasın uzunmüddətli davamçısı kimi düşünür. 18 yaşlı futbolçunun Portuqaliya klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği yer alıb. Münhen təmsilçisi bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Portu" Oskar Petuşevskini bu ilin yanvarında "Yaqelloniya"dan 8,6 milyon avroya transfer edib. Polşa millisinin üzvü cari mövsümdə "əjdahalar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti