“Atletiko” “Arsenal”ın yarımmüdafiəçisini transfer etmək istəyir

İdman Xəbər 10 Noyabr 2026 07:11 (UTC +04:00)
“Atletiko” “Arsenal”ın yarımmüdafiəçisini transfer etmək istəyir

Bakı. Trend:

“Arsenal”ın ispaniyalı futbolçusu Martin Subimendi karyerasını Madrid “Atletiko”sunda davam etdirə bilər.

Madrid təmsilçisi futbolçunun transferində əsas maraqlı tərəflərdən biridir. London klubu isə maliyyə vəziyyətini tarazlaşdırmaq üçün bəzi oyunçularını satmağı planlaşdırır.

Subimendinin komandadakı rolu Bruno Gimaraeşin transferindən sonra azalıb. İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 matçda cəmi 380 dəqiqə meydanda olub. O, yalnız Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşmanı tam keçirib.

“Atletiko” yarımmüdafiəçi ilə hələ “Real Sosyedad”da çıxış etdiyi dövrdə maraqlanıb. Lakin həmin vaxt futbolçu artıq “Arsenal”la razılığa gəlmişdi.

London təmsilçisi Subimendinin transferinə xərclədiyi 60 milyon avronu (təxminən 114,2 milyon manat) geri qaytarmaq istəyir. Klublar arasındakı yaxşı münasibətlərin mümkün keçidi asanlaşdıra biləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti