Bakı. Trend:
İspaniya La Liqasında oktyabrın ən yaxşı oyunçusu müəyyənləşib.
"Barselona"da çıxış edən Lamin Yamal ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı vinger azarkeşlər arasında keçirilən sorğuda Kilian Mbappe ("Real") və Uqo Novoanı "Alaves") qabaqlayıb.
Qeyd edək ki, Lamin Yamal oktyabrda İspaniya çempionatında meydana çıxdığı 3 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.