ABŞ-nin İranla genişmiqyaslı hərbi əməliyyatları bərpa etməsi az ehtimal olunur - Tramp

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 23:19 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İranla genişmiqyaslı hərbi əməliyyatları bərpa etməsinin son dərəcə az ehtimal olunduğunu düşünür.

Bu barədə D. Tramp İran ilə genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalı ilə bağlı "CNN" telekanalına müsahibəsində bildirib.

“Buna ehtiyac yaranması son dərəcə az ehtimal olunur”, – deyə o qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, bu qərar İranın “çox güclü bir saziş imzalayıb-imzalamayacağından” asılı olacaq. Bununla yanaşı, Amerika administrasiyasının rəhbəri zərurət yaranacağı təqdirdə İrana endiriləcək zərbələrin ağır olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti