Starlink peyk şəbəkəsinin tutumu yaxın 2-3 ildə 100 dəfə arta bilər

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 08:54 (UTC +04:00)
Starlink peyk şəbəkəsinin tutumu yaxın 2-3 ildə 100 dəfə arta bilər
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

"Starlink" peyk şəbəkəsi yeni nəsil peyklərin orbitə buraxılması hesabına növbəti iki-üç il ərzində ötürmə imkanlarını 100 dəfə artıra bilər.

Bu barədə "SpaceX" şirkətinin təsisçisi İlon Mask məlumat verib

Onun sözlərinə görə, hazırda orbitdə təxminən 11 min "Starlink" peyki fəaliyyət göstərir və onların əksəriyyəti ikinci nəsil modellərdir. Şirkət artıq üçüncü nəsil (V3) peyklərinin buraxılışına başlayıb.

Yeni peyklər əvvəlki modellərlə müqayisədə on dəfədən çox ötürmə qabiliyyətinə malikdir. Bununla yanaşı, "SpaceX" kosmosa buraxılan peyklərin sayını da 10 dəfə artırmağı planlaşdırır.

İ.Maskın qeyd etdiyi kimi, bu iki amilin birgə təsiri növbəti iki-üç il ərzində peyk şəbəkəsinin imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradacaq.

Şirkət hazırda dördüncü nəsil (V4) peyklər üzərində də işləyir. Sahibkarın proqnozuna görə, bu peyklərin ötürmə qabiliyyəti V3 modelləri ilə müqayisədə 10 dəfə çox olacaq.

Qeyd edək ki, daha əvvəl "SpaceX"in süni intellekt çiplərinin alınması üçün "Apollo" şirkəti ilə 40 milyard dollarlıq müqavilə imzaladığı bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti