Tramp Ağ Ev Aparatının yeni rəhbərinin adını açıqlayıb

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 23:37 (UTC +04:00)
Tramp Ağ Ev Aparatının yeni rəhbərinin adını açıqlayıb

Bakı. Trend:

Stiven Miller Ağ Evin Aparatının yeni rəhbəri olacaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.

“Tramp administrasiyasında Ağ Ev Aparatı rəhbərinin müavini vəzifəsini tutan, eyni zamanda mənim ən yaxın müşavirlərimdən biri olan Stiven Millerin 2026-cı il noyabrın 9-dan etibarən Ağ Ev Aparatının rəhbəri vəzifəsinə təyin olunacağını elan etməkdən məmnunam”, – deyə ABŞ lideri yazıb.

Tramp əlavə edib ki, hazırda bu vəzifəni tutan Syuzan Uayls onun siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatında işləməyə başlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti