Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 12:18 (UTC +04:00)
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan və Türkiyə yaxın gələcəkdə diplomatik münasibətlər quracaq.

"News Armenia" nəşrinin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

“Əlbəttə, Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar. Lakin əminəm ki, bu münasibətlər yaxın gələcəkdə dövlətlərin bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin tanınması ilə qurulacaq”, – deyə o bildirib.

Paşinyan əlavə edib ki, hadisələrin bu istiqamətdə inkişaf edəcəyinə şübhə etmək üçün obyektiv əsaslar görmür və bu faktın qeyd olunmasını vacib hesab edir.

Xatırladaq ki, ötən gün ermənistanlı Baş nazir yaxın zamanda Türkiyəyə səfər etməyi planlaşdırdığını diqqətə çatdırmışdı.

“Bəli, COP-da iştirak etmək üçün Antalyaya getməyi planlaşdırıram”, – deyə o bildirib.

BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.

Xatırladaq ki, Ermənistan Müstəqillik Bəyannaməsinin 11-ci bəndində Ermənistanın 1915-ci il hadisələrinin Osmanlı Türkiyəsində və “Qərbi Ermənistanda” beynəlxalq səviyyədə tanınması prosesini dəstəklədiyi qeyd olunur. "Qərbi Ermənistan" ifadəsi altında Türkiyənin 6 vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbəkir, Sivas və Elazığ vilayətləri nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti