Brent markalı neftin qiyməti 100 dolları ötüb

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 08:35 (UTC +04:00)
Brent markalı neftin qiyməti 100 dolları ötüb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun ICE birjasında Brent markalı xam neftin 2027-ci ilin yanvar ayında çatdırılma üzrə fyuçerslərinin qiyməti 2%-dən çox artaraq bir barel üçün 100 dolları ötüb.

Bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Brent markalı neftin qiyməti 1,99% artaraq bir barel üçün 100,25 dollara yüksəlib.

Saat 07:40-a olan məlumata görə isə qiymət 2,5% artaraq 100,75 dollar təşkil edib.

Eyni zamanda, dekabr ayında çatdırılma üzrə WTI markalı xam neftin fyuçerslərinin qiyməti 4,65% artaraq bir barel üçün 92,22 dollara çatıb.

Xəbər lenti

Xəbər lenti