Xaçmazda Cağacuq çayı üzərində yeni körpünün inşası davam etdirilir (FOTO)

Cəmiyyət Xəbər 5 Noyabr 2026 19:37 (UTC +04:00)
Xaçmazda Cağacuq çayı üzərində yeni körpünün inşası davam etdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa işlərinin aparılması ilə bağlı müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz rayonunda bərpa-tikinti işləri həyata keçirilir.

Görülən işlər çərçivəsində Aşağı Zeyid–Bərqov kəndlərini birləşdirən avtomobil yolunun Cağacuq çayı üzərindən keçən hissəsində iki aşırımlı yeni körpü inşa olunur.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin iştirakı ilə yeni körpünün tikintisi istiqamətində aparılan işlərin gedişi ilə tanış olub. Layihəyə əsasən, körpüyə yanaşma yollarının, həmçinin çay sularının axınının tənzimlənməsinə xidmət edən su nizamlayıcı qanadların inşası nəzərdə tutulur.

Həyata keçirilən tədbirlərin əsas məqsədi yol infrastrukturunun dayanıqlılığını artırmaq, sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq və vətəndaşların təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti