Rafinya "Barselona" ilə yeni müqavilə imzalayacaq

İdman Xəbər 5 Noyabr 2026 05:31 (UTC +04:00)
Rafinya "Barselona" ilə yeni müqavilə imzalayacaq

Bakı. Trend:

“Barselona” Rafinya ilə müqavilənin uzadılacağını açıqlayıb.

Braziliyalı cinah hücumçusu ilə imzalanacaq yeni müqavilə 30 iyun 2030-cu il tarixinədək qüvvədə olacaq.

Müqavilənin rəsmi imzalanma mərasimi sabah “Barselona” klubunun prezidenti Joan Laportanın ofisində baş tutacaq. İmzalanma mərasimindən sonra Rafinya jurnalistlərin suallarını cavablandıracaq.

Cari mövsümdə Rafinya “Barselona” və Braziliya millisinin heyətində ümumilikdə 24 oyuna çıxıb, 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti