"Şahdəniz"dən "Səngəçal terminalı ilə nəql olunan qazın orta hesabla gündəlik həcmi 73,4 milyon kubmetr təşkil edib

Energetika Xəbər 4 Noyabr 2026 14:46 (UTC +04:00)
"Şahdəniz"dən "Səngəçal terminalı ilə nəql olunan qazın orta hesabla gündəlik həcmi 73,4 milyon kubmetr təşkil edib
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qazın "Səngəçal" terminalı vasitəsilə nəqlinin orta hesabla gündəlik həcmi təxminən 73,4 milyon standart kubmetr (2 milyard 611 milyon kubfut) təşkil edib.

Bu barədə bp-nin hesabatında qeyd olunur.

Beləliklə, terminal vasitəsilə “Şahdəniz” yatağından qaz ixracı illik müqayisədə təxminən 1,5 faiz azalıb. 2025-ci ilin müvafiq dövründə bu göstərici gündə 74,5 milyon standart kubmetr təşkil edib.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

bp-nin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında "Səngəçal" terminalından təxminən 138 milyon barel neft və kondensat ixrac edilib. İxracın əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə həyata keçirilib.

Beləliklə, terminal vasitəsilə neft və kondensat ixracı 2025-ci ilin müvafiq dövründəki 159 milyon barellə müqayisədə 13,2 faiz azalıb.

"2026-cı ilin üçüncü rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir",-deyə bp-nin hesabatında bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti