Apple, Netflix, OpenAI və TikTok büdcəmizə vergi ödəyir - TAM SİYAHI

İqtisadiyyat Xəbər 3 Noyabr 2026 15:28 (UTC +04:00)
Apple, Netflix, OpenAI və TikTok büdcəmizə vergi ödəyir - TAM SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi uçotuna alınıb.

Trend-in sorğusuna cavab olaraq DVX-dən bildirilib ki, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.

Qeyd olunub ki, beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə cəlb edilməsi, vergi öhdəliklərinə könüllü əməletmənin təşviqi və şəffaflığın artırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

DVX-nin məlumatına görə, 2025-ci il ərzində elektron qeydiyyat portalı vasitəsilə 7 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı ƏDV məqsədləri üçün vergi uçotuna alınıb. Həmin il qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Eyni zamanda 2025-ci il ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb. Bundan başqa, rəqəmsal iqtisadiyyat üzrə vergitutma sahəsində aparılmış monitorinq və müvafiq məlumatların uyğunlaşdırılması nəticəsində onlarla yeni vergi ödəyicisinin vergi uçotuna alınması təmin edilib.

Azərbaycan Respublikasında elektron qaydada uçota alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin siyahısını təqdim edirik:

№ ŞİRKƏTİN ADI ÖLKƏ QEYDİYYAT TARİXİ
1 Apple Distribution International Limited İrlandiya 01.12.2024
2 Adobe Systems Software Ireland Limited İrlandiya 01.03.2025
3 Sony Interactive Entertainment Network Europe Limited Birləşmiş Krallıq 01.04.2025
4 Elsevier BV Niderland 01.07.2025
5 Hyperconnect LLC Cənubi Koreya 01.07.2025
6 Tinder LLC Amerika Birləşmiş Ştatları 01.07.2025
7 PPG DIGITAL SP. Z O.O. Polşa 01.10.2025
8 Epic Games Commerce GmbH İsveçrə 01.03.2026
9 Contabo GmbH Almaniya 01.03.2026
10 Chess.Com LLC Amerika Birləşmiş Ştatları 01.05.2026
11 Xsolla (USA), Inc. Amerika Birləşmiş Ştatları 01.07.2026
12 Formula One Digital Media Limited Birləşmiş Krallıq 01.08.2026
13 Valve Corporation Amerika Birləşmiş Ştatları 01.09.2026
14 Cleverbridge GmbH Almaniya

01.09.2026

15 Aghanim Inc Amerika Birləşmiş Ştatları 01.09.2026
16 Netflix International B.V. Niderland 01.09.2026
17 ANTHROPIC, PBC Amerika Birləşmiş Ştatları 01.09.2026
18 EBAY MARKETPLACES GMBH İsveçrə 01.09.2026
19 Zoho Corporation B.V. Niderland 01.09.2026
20 Zoom Communications, Inc. Amerika Birləşmiş Ştatları 01.09.2026
21 OpenAI OpCo, LLC Amerika Birləşmiş Ştatları 01.09.2026
22 Spotify AB İsveç 01.10.2026
23 TikTok Pte. Ltd. Sinqapur 01.10.2026
24 Appcharge Ltd. İsrail 01.11.2026

Məqalədə:

Xəbər lenti

Xəbər lenti