Şimali Koreya kasetli döyüş başlığına malik strateji kruiz raketini sınaqdan keçirib

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 05:32 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya strateji kruiz raketi üçün kasetli döyüş başlığını sınaqdan keçirib. Hazırlayanların iddiasına görə, raket 6 hektaradək ərazidə yerləşən hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

KXDR-in Baş Raket İdarəsinin açıqlamasında bildirilib ki, kruiz raketinə quraşdırılmış orta ölçülü kasetli döyüş başlığının 5-6 hektar ərazidə yüksək sıxlıqda yerləşən hədəfləri məhv edə bildiyi təsdiqlənib.

Noyabrın 2-də keçirilən sınaqlar zamanı mütəxəssislər raketin hədəfə şaquli yaxınlaşma zamanı uçuş xüsusiyyətlərini də yoxlayıblar.

KCNA-nın məlumatına görə, uçuşun son mərhələsində raketin təkmilləşdirilmiş manevr imkanları nəzərdə tutulan hədəf zonasının təbii və coğrafi xüsusiyyətlərini nəzərə alaraq zərbə endirməyə imkan verib.

Xəbər lenti

Xəbər lenti