İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istəyən iki nəfər saxlanılıb

Hadisə Press-reliz 2 Noyabr 2026 11:47 (UTC +04:00)
İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istəyən iki nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İrandan Azərbaycana 16 kiloqram 128 qram narkotik vasitə keçirməyə cəhd göstərən iki İran vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki nəfərin İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və sərhəd pozucularının saxlanılması üçün zəruri tədbirlər görülüb.

Kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti