Bakı.Trend:
Fransa “Halloween” bayramı ilə eyni vaxta təsadüf edən ardıcıl üçüncü həftəsonu etiraz aksiyalarına hazırlaşır. Ölkədə iki həftə əvvəl baş vermiş küçə iğtişaşlarının təkrarlanmaması üçün hakimiyyət orqanları qabaqlayıcı tədbirlər görür, mağazalar isə vitrinlərini taxta lövhələrlə bağlayır.
Bu barədə "NewsRu.Co.Il" nəşri yazır.
Oktyabrın 31-i, şənbə günü asayişin qorunmasına hüquq-mühafizə orqanlarının təxminən 70 min əməkdaşı cəlb olunacaq. Parisdə 40-dan çox metro stansiyası bağlanacaq, tramvayların hərəkətində də fasilələr yaranacaq.
Nümayişlər ölkədə siyasi vəziyyətin getdikcə gərginləşdiyi bir vaxta təsadüf edir. Prezident seçkilərinə altı ay qalıb və qatı-sağçıların lideri Marin Le Pen ictimai rəy sorğularında öndədir.
Bu həftə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, prezident seçkilərinə bu qədər az vaxt qalmış Fransanın “iğtişaşlar” vəziyyətində olması “normal bir hal deyil”.
