Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazandı

İdman Press-reliz 30 Oktyabr 2026 19:38 (UTC +04:00)
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazandı
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

"-73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.

Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə Böyük Britaniya idmançısı İrakli Qoqinaşvilidən üstün olub.

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (-60 kq) və Könül Əliyeva (-48 kq) qızıl, Rəşad Yelkiyev (-66 kq) isə bürünc medal əldə ediblər", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti