Minik avtomobili yük avtomobilinin yarımqoşqusuna çırpılıb, sürücü ölüb

Hadisə Xəbər 30 Oktyabr 2026 09:19 (UTC +04:00)
Minik avtomobili yük avtomobilinin yarımqoşqusuna çırpılıb, sürücü ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə oktyabrın 28-də saat 21 radələrində baş verib.

Belə ki, Bahəddin Nəcəfzadənin idarə etdiyi “Lada Granta” markalı avtomobil Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, Şamo Seyidovun idarə etdiyi “MAN” markalı yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində sürücü B.Nəcəfzadə Neyrocərrahiyyə Klinikasına aparılıb. O, oktyabrın 29-da orada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi üzrə istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti