Pakistan-Əfqanıstan arasında silahlı toqquşma - Ölən və yaralananlar var

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2026 14:32 (UTC +04:00)
Pakistan-Əfqanıstan arasında silahlı toqquşma - Ölən və yaralananlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistan - Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib. Hərbçiləri arasında baş vermiş yeni toqquşmalar hər iki tərəfdən itkilərlə nəticələnib.

“Sinxua” agentliyinin məlumatına görə, Pakistan ərazisindən çərşənbə günü açılan atəş nəticəsində Əfqanıstanın şərqində iki nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə ölkənin şərqindəki Nangarhar vilayətində, “Torkham” sərhəd-keçid məntəqəsi yaxınlığında baş verib.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, bundan başqa Pakistan dörd pilotsuz uçuş aparatı (PUA) ilə Paktiya vilayətindəki hərbi obyektlərə zərbələr endirib.

Pakistanın sərhəd xidmətinin məlumatına görə isə, ölkənin şimal-qərbindəki Aşağı Cənubi Vəziristan rayonunda Əfqanıstan hərbçilərinin minaatanlardan açdığı atəş nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti