Bakı konfransı korrupsiyaya qarşı mübarizədə təcrübə mübadiləsi üçün mühüm imkandır - Liviya nümayəndəsi

Siyasət Xəbər 28 Oktyabr 2026 17:08 (UTC +04:00)
Bakı konfransı korrupsiyaya qarşı mübarizədə təcrübə mübadiləsi üçün mühüm imkandır - Liviya nümayəndəsi
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən konfrans korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulmasının qarşısının alınması və aktivlərin geri qaytarılması sahələrində təcrübə mübadiləsi üçün mühüm imkandır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Liviyanın İnzibati Nəzarət Qurumunun Çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin geri qaytarılması üzrə təqib ofisinin direktoru, qurum sədrinin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq üzrə müşaviri İbrahim Abdelkarim İ Ali jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, konfrans yüksək peşəkarlıqla təşkil olunub və iştirakçılara digər nümayəndə heyətləri ilə təcrübələrini bölüşmək imkanı yaradıb.

“Bakıda olmaqdan və bu konfransda iştirak etməkdən məmnunuq. Təşkilatçılar tədbiri yüksək peşəkarlıqla keçirirlər. Burada həm öz təcrübəmizi bölüşür, həm də digər iştirakçıların təcrübəsi ilə tanış oluruq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Liviya nümayəndə heyəti ölkənin müvafiq qurumunun korrupsiyaya qarşı mübarizə sahəsində təcrübəsini təqdim edir, digər iştirakçılarla əlaqələrin qurulmasına önəm verir.

“Korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulmasının qarşısının alınması və aktivlərin geri qaytarılması sahələrində təcrübəmizi bölüşmək üçün buradayıq. Digər iştirakçılarla əlaqələr qurmaqdan məmnunuq. Bizi Bakıda səmimi qarşıladığınız üçün təşəkkür edir, bu maraqlı konfransın təşkilatçılarına uğurlar arzulayıram”, – deyə İbrahim Abdelkarim İ Ali əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti