Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə ediləcək

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 06:38 (UTC +04:00)
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə ediləcək

Bakı. Trend:

Polşa Prezidenti Karol Navrotski ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Görüş zamanı Polşa ərazisində ABŞ-yə məxsus daimi hərbi bazanın inşası məsələsinin müzakirəsi nəzərdə tutulur.

Bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartos Qrodecki “X” sosial şəbəkəsində məlumat verib.

Onun bildirdiyinə görə, Milli Təhlükəsizlik Şurasının iclası noyabrın 3-də saat 15:00-da keçiriləcək.

Qapalı qapılar arxasında keçiriləcək toplantıda milli təhlükəsizliklə bağlı aktual məsələlər, həmçinin Polşada ABŞ hərbi qüvvələri üçün daimi bazanın yaradılması planı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti