Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb - azı 5 yaralı var

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 12:08 (UTC +04:00)
Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb - azı 5 yaralı var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın Aşağı Saksoniya federal torpağındakı Noyştadt-am-Rübenberqe şəhərində sürücü idarə etdiyi avtomobili izdihamın üzərinə sürüb. Hadisə nəticəsində azı beş nəfər xəsarət alıb.

Bu barədə DPA agentliyi yerli polis idarəsinə istinadən məlumat yayıb.

Hadisə bazar ertəsi axşam saatlarında baş verib. Polisin məlumatına görə, sürücü avtomobili qəsdən insanların toplaşdığı yerə yönəldib. Hadisə yerinin yaxınlığında növbətçilik edən polis patrulu avtomobilə atəş açıb. Buna baxmayaraq, sürücü hadisə yerindən qaça bilib.

Avtomobilin sürücüsü ilə xəsarət alan şəxslərin bir-birini tanıdığı ehtimal edilir Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatına təhlükə yoxdur.

Polis nümayəndəsi bildirib ki, hadisənin təfərrüatları araşdırılır və insident iştirakçılarının şəxsiyyətləri müəyyənləşdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti