Bakı.Trend:
Rusiya Müdafiə Nazirliyi oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə saat 05:00) Xerson istiqamətində atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.
"İnterfaks"ın məlumatına görə, atəşkəs Xerson vilayətinin Aleşki şəhəri ərazisində humanitar əməliyyatın hazırlanması ilə əlaqədar elan edilib.
Oktyabrın 23-də ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukraynanın Aleşki şəhərində lokal atəşkəs barədə razılığa gəldiyi məlum olub. Ağ Evin məlumatına görə, atəşkəsin oktyabrın 29-da qüvvəyə minməsi nəzərdə tutulurdu.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov daha əvvəl Rusiya qoşunlarının oktyabrın 27-də səhər saatlarında Xerson istiqamətində atəşkəs rejimi tətbiq edəcəyini bildirmişdi.
