İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini bildirib

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 02:34 (UTC +04:00)
İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini bildirib

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza zolağının bəzi rayonlarına silsilə yeni zərbələr endiriblər.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, zərbələr anklavın şimal, mərkəzi və cənub hissələrinə endirilib. Hücumlar nəticəsində HƏMAS və “İslami Cihad” təşkilatlarının dörd fələstinli silahlısı öldürülüb.

Bundan əlavə, Qəzzanın şimalında İsrail hərbçilərinə qarşı snayper atəşi açmaq üçün istifadə edildiyi bildirilən müşahidə qülləsi aşkarlanaraq məhv edilib.

Həmçinin, zolağın cənubundakı Xan Yunis şəhəri yaxınlığında hərbçilər demarkasiya xəttindən kənarda yerləşən yeraltı tuneldən çıxan üç silahlını müşahidə ediblər. Ordunun məlumatına görə, həmin əraziyə hava zərbəsi endirilib. Zərbə nəticəsində silahlıların olduğu qrupa birbaşa zərbə qeydə alınıb, həmçinin vurulan tunelin yerləşdiyi ərazidə ikinci partlayış baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti