Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilib

Cəmiyyət Xəbər 26 Oktyabr 2026 16:07 (UTC +04:00)
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd edilib ki, paytaxtın Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.

"106, 141, 168 və 169 nömrəli marşrutlar Heydər Əliyev prospekti, 214A nömrəli marşrut isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir", - deyə əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti