Flavio Bolsonaru Braziliyada prezident seçkilərinin nəticələrini tanımayıb

Dünya xəbərləri Xəbər 26 Oktyabr 2026 07:40 (UTC +04:00)
Flavio Bolsonaru Braziliyada prezident seçkilərinin nəticələrini tanımayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyada prezident seçkilərinin ikinci turunda məğlub olan sağ müxalifətin namizədi, senator Flavio Bolsonaru səsvermənin nəticələrini tanımaqdan imtina edib və onların ləğv edilməli olduğunu bildirib.

“Bu gün baş verənlər qəbuledilməz idi. Tarixdə ilk dəfədir ki, seçki prosesinin qaydaları bir qələmlə dəyişdirilir”, — deyə siyasətçi məhkəmə orqanlarının səsvermə müddətini iki saat uzatmaq qərarını şərh edərkən bildirib. “Seçkilər ləğv edilməli idi. Belə bir nəticəni tanımaq mümkün deyil”.

Beləliklə, məğlub olan namizəd prezidentlik uğrunda mübarizənin nəticələri ilə razılaşmadığını rəsmən təsdiqləyib. Seçkilərdə hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva qalib gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti