Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verilib

Hadisə Xəbər 25 Oktyabr 2026 21:14 (UTC +04:00)
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verilib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Arzuxan oğlu Əli-zadə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, Nizami Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilib.

Əhməd Əli-zadənin həbsdə saxlanılma müddətinin əvvəli 2026-cı il oktyabrın 24-dən hesablanıb.

O, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, habelə 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Qeyd edək ki, Bakının Xətai rayonunun General Şıxlinski küçəsində yerləşən “Ab-Hava” kafesində baş verən kütləvi dava zamanı bir nəfər bıçaq xəsarətindən həyatını itirib.

Xəbər lenti

Xəbər lenti