Bakı.Trend:
Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi dəyər ifadəsində 30 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çexiyaya 1,326 milyon ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 908,5 milyon ABŞ dolları təşkil edib.
Trend-in hesablamalarına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 207,1 milyon ABŞ dolları və ya 30 faiz artıb, fiziki həcmi isə 18 min ton və ya 1,4 faiz yüksəlib. Ötən ilin yanvar-sentyabr aylarında Çexiyaya 701,4 milyon ABŞ dolları dəyərində 1,308 milyon ton neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.
2021-2025-ci illərdə Azərbaycandan Çexiyaya bitumlu süxurlardan alınan neft və neft məhsullarının ixrac həcmi aşağıdakı kimi dəyişib:
|
İl |
İxrac həcmi |
İxrac dəyəri |
|
2021 |
479,5 min. ton |
261,5 mln. ABŞ dolları |
|
2022 |
1,194 mln.ton |
919,9 mln. ABŞ dolları |
|
2023 |
1,136 mln.ton |
682,9 mln. ABŞ dolları |
|
2024 |
1,770 mln.ton |
1,082 mlrd ABŞ dolları |
|
2025 |
1,405 mln.ton |
742,2 mln. ABŞ dolları |
Komitənin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neftinin ən böyük üç idxalçısı arasında birinci yeri İtaliya tutur (8,881 milyon ton, 5,511 milyard ABŞ dolları dəyərində). Sonrakı yerlərdə Çexiya (1,326 milyon ton, 908,5 milyon ABŞ dolları dəyərində) və Rumıniya (1,014 milyon ton, 644,3 milyon ABŞ dollarından çox dəyərində) qərarlaşıb.
