PSJ - "Lion" matçı iğtişaşlara görə təxirə salındı

Dünya xəbərləri Xəbər 23 Oktyabr 2026 17:33 (UTC +04:00)
PSJ - "Lion" matçı iğtişaşlara görə təxirə salındı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransada kütləvi etirazlar səbəbindən növbəti futbol matçı - PSJ - "Lion" qarşıdurması təxirə salınıb.

Bu barədə Fransanın 1-ci Liqasının (Ligue 1) rəsmi saytında məlumat verilib.

Matç oktyabrın 25-i, bazar günü Parisdə keçirilməli idi. Görüş bazar ertəsinə ertələnib və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Fransanın futbol federasiyasının çıxardığı qərar Fransa paytaxtının prefekturasının ölkəni bürüyən kütləvi etirazlar səbəbindən oyunun həftəsonu keçirilməsini qadağan etməsindən sonra qəbul edilib.

Etirazçılar yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxırlar. Ötən həftəsonu Fransanın müxtəlif şəhərlərində nümayişlər keçirilib. Bir sıra şəhərlərdə aksiyalar polis ilə toqquşmalara və kütləvi iğtişaşlara çevrilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti