Bakı.Trend:
Fransa parlamenti Emmanuel Makronun prezidentlik müddəti başa çatdıqdan sonra ofisə köçməsi, həmin məkanın icarəsi, kommunal ödənişlər və mühafizə xərcləri üçün Fransanın 2027-ci il büdcə layihəsində təxminən 2,3 milyon avro vəsait nəzərdə tutub.
Bu barədə Avropanın Politico nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, büdcə layihəsində köçlə bağlı yardım, mənzil kirayəsi, kommunal xərclər və mühafizə xərclərinin qarşılanması üçün təxminən 2,3 milyon avro vəsait nəzərdə tutulub. Qeyd olunur ki, Makron, görünür, hələ özünə yeni iş yeri tapmayıb. Yelisey sarayı isə ayrılması nəzərdə tutulan məbləğin "əvvəlki prezidentlərin təcrübəsinə" əsaslandığını bildirib.
Fransada keçmiş prezidentlər vəzifədən ayrıldıqdan sonra ömürlük bir sıra imtiyazlardan yararlanırlar. Bunlara pensiya, ofis, şəxsi sürücü, mühafizə və bir neçə əməkdaşla təminat daxildir.
