İslam maliyyəsi artıq qlobal maliyyə bazarlarının mühüm tərkib hissəsinə çevrilib - İsi Mustafayev

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 16:04 (UTC +04:00)
İslam maliyyəsi artıq qlobal maliyyə bazarlarının mühüm tərkib hissəsinə çevrilib - İsi Mustafayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend.

İslam maliyyəsi artıq yalnız müəyyən regionlarla məhdudlaşmır, London, Nyu-York və Asiyanın aparıcı maliyyə mərkəzlərində və birjalarında mühüm yer tutur.

Trend-in məlumatına görə, bunu “PAŞA Kapital” İnvestisiya Şirkətinin Baş İcraçı Direktoru İsi Mustafayev III İslam Maliyyə Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq hesabatlara əsasən, qlobal sukuk bazarının ümumi həcmi 1 trilyon ABŞ dollarını ötüb, 2026-cı ildə isə təxminən 300 milyard ABŞ dolları həcmində yeni sukuk emissiyası həyata keçirilib.

“Bu emissiyaların təxminən 72 %-i dövlət və dövlət ilə əlaqəli qurumların payına düşür. Qlobal sukuk bazarında Malayziya və Səudiyyə Ərəbistanı lider mövqelərə malikdir. Bununla yanaşı, Türkiyənin də qlobal sukuk bazarındakı payı təxminən 20 milyard ABŞ dolları təşkil edir”, – deyə İsi Mustafayev bildirib.

O qeyd edib ki, Azərbaycanda hələlik sukuk emissiyası həyata keçirilməsə də, bu maliyyə alətlərinin tətbiqi üçün zəruri hüquqi və bazar infrastrukturunun formalaşdırılması istiqamətində işlər aparılır.

“Hüquqi çərçivə və vergi məsələləri tam tənzimləndikdən sonra Azərbaycanda da sukuk emissiyalarının həyata keçirilməsi və bu alətlər vasitəsilə investor vəsaitlərinin cəlb edilməsi üçün yeni imkanlar yaranacaq”, – deyə o vurğulayıb.

İsi Mustafayev əlavə edib ki, əsasən real sektorun və infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönələn sukuk alətləri hazırda yerli bazarda birbaşa təqdim olunmasa da, “PAŞA Kapital” vasitəsilə Azərbaycan investorlarına beynəlxalq maliyyə bazarlarında bu alətlərə investisiya imkanları təklif edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti