Bakı. Trend:
Bu il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar arasında aktivlərinin həcminə görə ilk yeri Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, bankın aktivlərinin həcmi 16,118 milyard manat təşkil edib.
İkinci sırada 13,919 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 9,987 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.
Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 114,281 milyon manat təşkil edib.
| Banks | Assets | |
| 1 | ABB | 16,117,578,42 |
| 2 | Kapital Bank | 13,919,541,00 |
| 3 | Pasha Bank | 9,987,063,00 |
| 4 | Xalq Bank | 2,827,867,29 |
| 5 | Bank Respublika | 2,658,619,43 |
| 6 | UniBank | 2,373,617,04 |
| 7 | Azer–Turk Bank | 2,184,024,00 |
| 8 | Access Bank | 1,883,681,00 |
| 9 | ZiraatBank | 1,616,627,32 |
| 10 | Bank of Baku | 1,566,315,15 |
| 11 | Yelo Bank | 1,558,649,81 |
| 12 | Rabita Bank | 1,453,832,54 |
| 13 | YapikrediBank | 1,008,938,14 |
| 14 | Turan Bank | 909,718,00 |
| 15 | AzersenayeBank | 855,546,97 |
| 16 | Expressbank | 725,447,00 |
| 17 | Premium Bank | 678,915,00 |
| 18 | AFB Bank | 574,425,36 |
| 19 | VTB Bank | 367,789,51 |
| 20 | Avrasiya Bank | 239,153,71 |
| 21 | Bank Melli Iran | 114,280,87 |
