Bakı. Trend:
Mask Starlink-in Ukraynada fəaliyyətini məhdudlaşdırmağı şəxsən əmr edib.
Bu barədə The Wall Street Journal qəzeti məlumat verib.
Bildirilib ki, məhdudiyyətlər İlon Maskla Donald Tramp arasında telefon danışığından dərhal sonra, oktyabrın 14-də tətbiq edilib. Onların hər ikisi Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələrdən narazı olub.
Nəşrin məlumatına görə, Mask bu məsələni digər ABŞ rəsmiləri ilə də müzakirə edib, lakin onların heç də hamısı onun qərarını dəstəkləməyib.
Öz növbəsində, Pit Heqset ABŞ-nin Starlink-in fəaliyyətini məhdudlaşdırmadığını, Ukraynanın sadəcə istifadə şərtlərini pozmuş ola biləcəyini bildirib.
“Biz heç nəyi məhdudlaşdırmamışıq. Xidmətlərin göstərilməsi ilə bağlı riayət edilməli olan şərtlər mövcuddur və həmin şərtlər çərçivəsində Starlink şirkəti müvafiq qərarlar qəbul etmək hüququna malikdir. Lakin bizim nöqteyi-nəzərimizdən heç nə dəyişməyib. Biz heç bir göstəriş və ya buna bənzər hər hansı tapşırıq verməmişik. Əlbəttə, ukraynalılara uğurlar arzulayırıq”, – deyə Pentaqonun rəhbəri bildirib.
