Ukrayna Aİ ölkələrinin büdcələrinə böyük yük yaradır - Merts

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 13:11 (UTC +04:00)
Ukrayna Aİ ölkələrinin büdcələrinə böyük yük yaradır - Merts
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynaya maliyyə dəstəyi Avropa İttifaqı ölkələrinin büdcələrinə böyük yük yaradır.

Bunu Almaniya kansleri Fridrix Merts “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Bu, həqiqətən də büdcələrimiz üçün böyük yükdür",-deyə o bildirib Bununla belə , kansler Kiyevin maliyyələşdirilməsini davam etdirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Almaniya kansleri, həmçinin iddia edib ki, Ukraynanın müttəfiqləri müdafiə və hərbi texnikanın satın alınması məsələlərində ABŞ-dən yardım almırlar.

Bundan əvvəl Brüsseldə keçirilən sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2027-ci ildə hərbi ehtiyacları üçün Avropa İttifaqından əlavə 70 milyard avroya ehtiyacı olduğunu bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti