Miqrantlar Fransanı zəbt ediblər - Tramp

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 16:20 (UTC +04:00)
Miqrantlar Fransanı zəbt ediblər - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Miqrantlar Fransanı zəbt ediblər.

Bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Miqrantlar Fransanı zəbt ediblər. Sərhədləri dərhal bağlamaq lazımdır!" , - deyə Ağ Ev rəhbəri yazıb.

Qeyd edək ki, son bir neçə həftə ərzində Fransanı etirazlar bürüyüb. Ötən həftəsonu Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Təşkilatçıların qiymətləndirməsinə görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayının 550 min nəfər olduğunu açıqlayıb. Bu göstərici hüquq-mühafizə orqanlarının analitiklərinin proqnozlarından iki dəfə çox olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti