Nyu-York-da atışma olub, ölən var

Dünya xəbərləri Xəbər 18 Oktyabr 2026 04:27 (UTC +04:00)
Nyu-York-da atışma olub, ölən var

Bakı. Trend:

Naməlum silahlı şəxs Nyu-York metro stansiyasında bir kişini güllələyərək öldürüb.

Bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Hadisə Manhettendə yerləşən "53-cü Küçə - Yeddinci Avenyu" metro stansiyasında baş verib.

İlkin məlumatlara görə, qətlə yetirilən şəxslə hücum edən şəxs arasında atışmadan əvvəl mübahisə yaranıb.

Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb, hazırda polis onun axtarışlarını davam etdirir.

"CNN" telekanalının məlumatına görə, insident səbəbindən qatarların hərəkətində fasilələr yaranıb.

Qeyd edək ki, bundan əvvəl də Nyu-York metrosunda xidməti qatarda baş verən yanğın nəticəsində 12 nəfər xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti