Bakı. Trend:
Kitabsevərlərin Bakı Ekspo Mərkəzinə rahat gediş-gəlişi məqsədilə xüsusi avtobuslar fəaliyyət göstərəcək.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi başlanacaq.
Oktyabrın 27-dək davam edəcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.
Sərgi günlərində paytaxt sakinlərinin və qonaqların metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə rahat gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.
Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.
