Bakı. Trend:
Azərbaycan Respublikasında elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir.
Rayon ərazisində yerləşən 5 çoxmənzilli yaşayış binasının dam örtüklərinin yenilənməsi və fasadlarının əsaslı təmir edilməsi istiqamətində işlər yüksək keyfiyyətlə və müəyyən olunmuş qrafikə uyğun olaraq icra olunur.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev həyata keçirilən təmir-tikinti işlərinin gedişi ilə yaxından tanış olub, görülən işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib. İcra başçısı təmir olunan binaların sakinləri ilə görüşərək onların qayğıları və təklifləri ilə maraqlanıb.
Qeyd edilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına və onların rahat yaşayış tərzinə xidmət edir.
Sakinlər rayon ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə edib, görülən işləri yüksək qiymətləndiriblər.