Avtomobiliniz oğurlansa, zərərinizi kim ödəyəcək?

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 11:21 (UTC +04:00)
Avtomobiliniz oğurlansa, zərərinizi kim ödəyəcək?

Bakı. Trend:

Avtomobil oğurluğu Azərbaycanda ən geniş yayılmış risklərdən biri olmasa da, belə hadisələr vaxtaşırı qeydə alınır. Bir çox sürücü isə belə hallarda hansı sığortanın zərəri qarşıladığını bilmir.

Nəzərə alın ki, icbari avtomobil sığortası oğurluq riskini əhatə etmir. Bu təminat yalnız üçüncü şəxslərə vurulan zərərlər üçündür. Avtomobilin oğurlanması və ya oğurluğa cəhd nəticəsində yaranan zərər isə yalnız KASKO sığortasının şərtlərinə uyğun olaraq ödənilə bilər.

Mütəxəssislər bildirirlər ki, ödənişin həyata keçirilməsi üçün hadisə dərhal hüquq-mühafizə orqanlarında qeydiyyata alınmalı, sığorta şirkətinə vaxtında məlumat verilməli və müqavilə şərtlərinə əməl olunmalıdır.

KASKO seçərkən yalnız sığortanın qiymətinə deyil, oğurluq riskinin təminata daxil olub-olmamasına da diqqət yetirmək tövsiyə olunur. “PAŞA Sığorta”nın KASKO proqramlarında geniş təminatlar arasında oğurluq riski də nəzərə alınıb. Etibarlı KASKO almaq üçün BU LİNKƏ daxil olun.

Xəbər lenti

Xəbər lenti