Azərbaycan əhalisi artmağa davam edir

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 12:11 (UTC +04:00)
Azərbaycan əhalisi artmağa davam edir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Qeyd olunub ki, 1 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərə 40520 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 96068 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti