Dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb (FOTO)

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 12:41 (UTC +04:00)
Dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan–Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd göstərən altı xarici ölkə vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində bir Fələstin vətəndaşı Gürcüstandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılıb.

“Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində isə üç Əfqanıstan və iki Əlcəzair vətəndaşının Azərbaycandan Gürcüstana dövlət sərhədini qanunsuz keçmək cəhdinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti