İnnovasiyalar Azərbaycanın kənd təsərrüfatının inkişafına töhfə verə bilər - Fariz İsmayılzadə

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 11:10 (UTC +04:00)
İnnovasiyalar Azərbaycanın kənd təsərrüfatının inkişafına töhfə verə bilər - Fariz İsmayılzadə
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiyalar, yeni texnologiyalar və elmi tədqiqatlar Azərbaycanın kənd təsərrüfatı sektorunun daha güclü və qabaqcıl olmasına töhfə verə bilər.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə günü ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkil etdiyi “Ümumdünya Qida Günü 2026” adlı tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib.

O, tədbirin innovasiyalara, texnologiyalara və elmi tədqiqatların kənd təsərrüfatı və ərzaq sahələrində nailiyyətlərə töhfəsinə həsr olunmasını yüksək qiymətləndirib.

“Ümid edirəm ki, bugünkü müzakirələr yeni dostluqların və əlaqələrin yaranmasına imkan verəcək, tələbələrimiz təcrübəli məruzəçilərdən öyrənəcəklər. Birlikdə Azərbaycanı və onun kənd təsərrüfatı sektorunu daha güclü, daha firavan və daha qabaqcıl edə bilərik. Bununla da ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin iqtisadiyyatımız üçün lazımi kadrlar hazırlamaq məqsədi həyata keçəcək”, – deyə prorektor bildirib.

F.İsmayılzadə FAO nümayəndələrini təşkilatın yaranmasının ildönümü və əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edib, gələcəkdə tərəfdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti