ABŞ məhkəməsi “Green Card” lotereyasının keçirilməsini tələb edib

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 16:45 (UTC +04:00)
ABŞ məhkəməsi “Green Card” lotereyasının keçirilməsini tələb edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kaliforniya məhkəməsi ABŞ Dövlət Departamentinin üzərinə “DV-2027 Green Card” lotereyasının keçirilməsinə dair öhdəlik qoyub.

Bu barədə Kaliforniyanın Cənub Dairə Məhkəməsinin qərarında deyilir.

Lotereya üzrə qeydiyyat müəyyən edilmiş müddətdə başlamayıb. Qərar oktyabrın 14-də hakim Cinsuk Ota tərəfindən dövlət katibi Marko Rubionun əleyhinə iddia qaldıran “Red Eagle Law” hüquq firmasının vəsatətinin təmin edilməsi ilə qəbul olunub.

İlkin qərara əsasən, Dövlət Departamenti qeydiyyat müddətlərini oktyabrın 15-dək elan etməli, müraciətlərin qəbuluna ən geci oktyabrın 18-də başlamalı və qeydiyyatı 30 gün ərzində davam etdirməli idi. İştirakçıların seçiminin nəticələri noyabrın 19-dək açıqlanmalı idi.

Lakin qərar qəbul edildikdən sonra tərəflər birgə müraciət edərək müddətlərin iki həftə təxirə salınmasını istəyiblər. Məhkəmə bu vəsatəti təmin edib. “Red Eagle Law”un məlumatına görə, yenilənmiş qrafikə əsasən, lotereya üzrə qeydiyyat ən geci noyabrın 1-də başlamalı, nəticələr isə dekabrın 3-dək açıqlanmalıdır.

Bununla belə, məhkəmənin qərarı lotereyanın faktiki olaraq bərpa ediləcəyi demək deyil. Prezident Donald Trampın administrasiyası qərardan apellyasiya şikayəti verə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti