Çexiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

İqtisadiyyat Press-reliz 15 Oktyabr 2026 09:58 (UTC +04:00)
Çexiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir müavini Səməd Bəşirli Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çexiya arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran layihələrdə hər iki ölkənin biznes dairələrinin iştirakının təşviqi məsələləri nəzərdən keçirilib.

Qeyd edək ki, oktyabrın 12-də Bakıda Azərbaycan və Çexiya arasında iqtisadi və biznes əlaqələrinin inkişaf etdirilməsi, iki ölkənin şirkətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Forumda Çexiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri təmsil olunub. Təqdim olunan şirkət profillərinə əsasən, Çexiya tərəfi nəqliyyat, dəmir yolu infrastrukturu, aviasiya, logistika, müdafiə sənayesi, mühəndislik, sənaye texnologiyaları və maliyyə xidmətləri kimi sahələrdə əməkdaşlıq imkanları təklif edib.

Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpicar forum çərçivəsində Trend-ə verdiyi açıqlamada bildirib ki, Çexiya Azərbaycanı regionda əsas tərəfdaş və biznes mərkəzlərindən biri kimi görür.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və əməkdaşlığın intensivliyi uzun illərə, hətta Çexoslovakiya dövrünə gedib çıxan tarixi əlaqələrə əsaslanır. Bu əməkdaşlıq həm Azərbaycandan Çexiyaya ixrac olunan məhsullarda, həm də Çexiya ixracatçılarının Azərbaycan bazarında mövqelərini genişləndirmək istəyində özünü göstərir.

“Biz Azərbaycanı regionda əsas tərəfdaşımız kimi görürük. Məqsədimiz təkcə ikitərəfli əməkdaşlığı gücləndirmək deyil, həm də Azərbaycanı regionda daha geniş fəaliyyət göstərmək üçün mühüm mərkəz kimi nəzərdən keçirməkdir”, - deyə R.Şpicar bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti