Dünyanın ən zəngin adamı: Zelenskinin getmək vaxtıdır

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 10:35 (UTC +04:00)
Dünyanın ən zəngin adamı: Zelenskinin getmək vaxtıdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin tutduğu vəzifədən getməsinin vaxtı çatdığını bildirib.

Bu barədə o, “X” platformasında siyasi şərhçi və müstəqil naşir Aleksandr Müzün postunu şərh edərkən bildirib.

“Və budur qırğınlar davam edir... Zelenskinin getmək vaxtıdır”, – Mask yazıb.

Müz paylaşımında qeyd edib ki, Zelenski Ukraynadakı münaqişənin başa çatmasından və prezident seçkilərinin keçirilməsindən ən çox qorxan şəxsdir.

İlon Mask həmçinin Samuel adlı analitikin “SpaceX Ukraynaya kömək etməyə borclu olmayan özəl şirkətdir, lakin hökumətlərin hərəkətsiz qaldığı vaxt müdaxilə edib” fikrini əks etdirən paylaşımına da reaksiya verib.

“Doğrudur”, – deyə Mask bildirib.

Xatırladaq ki, Volodimir Zelenski 2019-cu ildən Ukrayna prezidentidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti